Rusiya Ukraynaya niyə hücum etdi? - ZAXAROVA AÇIQLADI

“Rusiya sona qədər danışıqlar təklif edirdi”.

 

APA TV xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

 

“Son günə qədər danışıqları təklif edirdik. Kuratorlar danışıqlardan imtina edib Rusiyaya qarşı sanksiyalar qəbul etməyə başlayanda və Donbasda dinc əhalinin atəşə tutulması halları artdığı vaxt qərar qəbul edildi”, - deyə o əlavə edib.

 

Diplomat vurğulayıb ki, Rusiya açıq və dürüst şəkildə bu barədə bildirib: “ABŞ-a qulaq assaq, onda biz iki aydır ki, başqasının bayrağı altında Ukraynaya hücum edirik”.

 

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin bu gün səhər saatlarında xalqa müraciətində bildirib ki, Rusiya Donbasda xüsusi hərbi əməliyyat keçirəcək: “Vəziyyət Rusiyadan qətiyyətli addımlar tələb edir”.

 

Müəllif | Apa.Tv
Apa.tv