Rusiyada azərbaycanlılarla yerli sakinlər arasında dava - Ölən var

Rusiyanın Saratov şəhərində azərbaycanlılarla yerli sakinlər arasında dava düşüb.

Lent.az-ın məlumatına görə, adi məişət mübahisəsi zəminində baş verən davada 1 nəfər ölüb, 3 nəfər yaralanıb.

Yaralılar xəstəxanaya çatdırılıb. Onların bəzilərinin vəziyyəti ağırdır. Hazırda polis baş verənlərlə bağlı araşdırma aparır.

Qeyd edək ki, bu Saratovda son 1 həftədə miqrantlarla yerlilər arasında baş verən ikinci böyük davadır.

Müəllif | Apa.Tv
Apa.tv