Rusiyada məktəbdəki atışmada ÖLƏNLƏRİN SAYI ARTDI

Rusiyanın İjevsk şəhərində orta məktəbdə atışma nəticəsində ölənlərin sayı 13-ə çatıb.

 

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.

 

Ölənlərdən 7-sinin məktəbli olduğu bildirilib. Yaralanan 21 nəfərdən 14-nün də uşaq olduğu bildirilir.

 

Faciə ilə bağlı Udmurtiyada sentyabrın 29-a qədər matəm elan olunub.

 

Qeyd eedək ki, İjevskin 88 saylı orta məktəbində baş verən hadisə zamanı silahlı şəxs sonda özünü öldürüb.

 

Rusiya Federasiyasının İstintaq Komitəsi cinayətkarın kadrlarını nümayiş etdirib.

Qurumun Telegram kanalında yayılan görüntülərdə şəxsiyyəti hələlik açıqlanmayan cinayətkarın tamamilə qara geyindiyi və köynəyində qırmızı nasist svastikasının olduğu məlum olub.

 

Müəllif | Apa.Tv
Apa.tv