Rusiyada prezidentlik müddətinə məhdudiyyət ləğv olunur – DUMA PUTİNƏ YOX DEDİ

Rusiyada Prezidentlik müddətinə məhdudiyyətin qaldırılması təklif olunub.

 

APA TV-nin Moskva müxbirinin verdiyi məlumata görə, bu təkliflə Vahid Rusiya Partiyasından olan deputat Valentina Tereşkova çıxış edib.

 

Dövlət Dumasının bu gün keçirilən plenar iclasında çıxış edən V.Tereşkova bir şəxsin bir neçə dəfə prezident seçilməsinin vacibliyini, hazırkı prezident Vladimir Putinin yenidən prezident seçilməsinin Rusiya xalqı üçün önəmli olduğunu söyləyib.

 

Dumanın spikeri Vyaşeslav Volodin prezidentlik müddətinin qaldırılması və konstitusiyaya dəyişikliklərlə bağlı digər təklifləri Prezident Vladimir Putinlə müzakirə edib.

 

Rusiya Prezidenti Dövlət Dumasına gələrək, plenar iclasda çıxış edib. O, konstitusiyadan bir nəfərin 2 dəfədən artıq prezident seçilməsi ilə bağlıq qadağanın götürülməsini məqsədəuyğun hesab etmədiyini açıqlayıb. Ölkədə prezidentlik müddətinin qaldırılması ilə bağlı konstitusiyaya edilən dəyişiklik təklifinə münasibət bildirən V.Putin bunu məqsədəuyğun hesab etmədiyini qeyd edib: “Bizə alternativsiz seçki lazım deyil. Seçkilər açıq və rəqabətli olmalıdır”.

 

Buna baxmayaraq, Duma böyük səs fərqli ilə V.Tereşkovanın prezidentlik müddətinə məhdudiyyətin qaldırılması ilə bağlı təklifini dəstəkləyib.

Müəllif | Apa.Tv
Apa.tv