Rusiyada xüsusi əməliyyat: GÖRÜN KİMLƏR TUTULDU

Rusiyada terror aktının qarşısı alınıb.

 

APA TV xəbər verir ki, Federal Təhlükəsizlik Xidməti Zabaykal diyarında Suriyadakı “Həyat Təhrir əş-Şam” qruplaşmasının tərəfdarını saxlayıb.

 

Çita şəhərində saxlanılan şəxsin hüquq-mühafizə orqanlarına qarşı terror planlaşdırdığı bildirilib.

 

Onun yaşadığı yerdən 400 qram trotil ekvivalentində 2 partlayıcı element, 3 qumbara, AK-103 avtomatı, patron və digər döyüş sursatları götürülüb.

 

Faktla bağlı cinayət işi açılıb.

 

Müəllif | Apa.Tv
Apa.tv