Rusiyada yanacaqdoldurma məntəqəsində partlayış baş verdi – YARALILAR VAR
Rusiyanın Volqoqrad şəhərində yanacaqdoldurma məntəqəsində yanğın baş verib.
APA TV-nin TASS-a istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 13 nəfər xəsarət alıb.
Yaralılardan birinin vəziyyəti ağırdır.
Bildirilib ki, yanacaqdoldurma məntəqəsində yanğını söndürərkən baş verən partlayışda 4 yanğınsöndürən xəsarət alıb.
Yaralılar xəstəxanaya yerləşdirilib.