Rusiyadan qayıdan azərbaycanlılar Nabrandakı hotellərə yerləşdirilib
Rusiya Federasiyasından qayıdan Azərbaycan vətəndaşları Xaçmaz rayonunun Nabran istirahət zonasında olan hotellərə yerləşdirilib.
APA TV-nin şimal bürosunun məlumata görə, qonşu ölkədən qayıdan hər bir həmyerlimiz Azərbaycan ərazisində koronavirusun (COVİD-19) yayılma təhlükəsinin qarşısının alınması məqsədilə Azərbaycan Hökumətinin tapşırığına uyğun olaraq müəyyən olunmuş müddətdə karantində saxlanılmalıdır. Bu məqsədlə şimal bölgəsində Rusiya ilə sərhəddə yerləşən gömrük-keçid məntəqələrindən ölkəyə daxil olan vətəndaşların yerləşdirilməsi üçün Nabranda 6 hotel ayrılıb. Burda yerləşdirilən vətəndaşların sözlərinə görə, onlar üçün hotellərdə hər cür şərait yaradılıb.
Prosedur qaydalarına uyğun olaraq karantinə yerləşdirilən həmyerlilərimiz müşahidə altına alınıb və onların müayinəsi davam etdirilir.