18:00 20 noyabr 2021 366
Ana səhifə Xəbərlər

Rusiyalı ekspert: “Ağdamda sanki Pompeydə olduğu kimi vulkan püskürüb”

Rusiyadan olan ekspertlər Ağdama səfər edib.

 

APA TV-nin Qarabağ bürosunun məlumatına görə, nümayəndə heyəti ilk olaraq Pənahəli xanın "İmarət" kompleksində olub. Burada onlara erməni vandallığı barədə məlumat verilib. Bildirilib ki, ermənilər azərbaycanlılara məxsus qədim abidələri tamamilə dağıdıb.

 

“Azərbaycan Prezidenti və dövlətinin siyasəti nəticəsində hazırda Azərbaycan ciddi regional dövlətə çevrilib”.

 

APA TV-nin məlumatına görə, bunu Ağdamda səfərdə olan Rusiyanın “Zvezda” telekanalının hərbi analitiki Aleksandr Artamonov bildirib: “Azərbaycan indi Cənubi Qafqazda bir çox məsələləri diktə və həll edən bir mərkəzdir. Çox yaxşı haldır ki, Azərbaycan digər təsir mərkəzlərindən eyni məsafədədir. Azərbaycan öz iradəsini ortaya qoyub. Azərbaycan müstəqil siyasəti və güclü Ordusu olan müstəqil dövlətdir. Azərbaycan uzun müddət münaqişənin sülh yolu ilə həllini gözləyib, səbr edib. Sonda isə başqa cür məsələnin həllini tapmayacağını görüb, qətiyyətli addım atıb”.

 

“Zvezda” telekanalının hərbi analitiki deyib ki, burada nəinki yaşayış məntəqəsi, təbiət də məhv edilməyə çalışılıb, ekosid həyata keçirilib: “Bu, total şəkildə Azərbaycan xalqının izlərini silməkdir, mən burada bunu görürəm. Bu, faşist taktikasıdır. Azərbaycan Prezidenti İlham Əliyev törədilən bəşəriyyət əleyhinə cinayətlərə görə beynəlxalq məhkəməyə müraciət ediləcəyini bəyan etməkdə haqlıdır. Həmin insanlar bu torpaqlara nifrət ediblər, özləri burada yaşamaq istəməyiblər. Azərbaycan xalqı öz torpaqları uğrunda döyüşüb. İnsanlar inananda və torpaqlarını sevəndə hər şey geri qayıdır. Ağdam kimi normal şəhərin, böyük mədəniyyət mərkəzinin yerində sanki Pompeydə olduğu kimi vulkan püskürüb. Ancaq təəssüflər olsun ki, bunu insanlar edib”.

 

Ağdamda səfərdə olan Rusiyanın “Kommersant” nəşrinin şərhçisi Serqey Strokan deyib ki, istənilən normal insan Ağdamda bu dağıntıları görəndə şoka düşə bilər və düşməlidir: “44 günlük müharibədən sonra hazırda Cənubi Qafqazda yeni reallıq formalaşır. Bu reallıq sülhə doğru irəliləyişdir. Biz artıq azad edilmiş ərazilərdə çox ciddi dəyişiklik görürük, Qarabağın hava qapısı olan Füzuli Beynəlxalq Hava Limanı istifadəyə verilib, daha iki aeroport tikilir. Mən bu ilin yayında Şuşada da olmuşdum, indi Ağdama gəlmişəm. Mən yayda Şuşada olarkən necə bərpa-quruculuq işlərinin aparılmasının şahidi olmuşam. Mən bu gün Ağdamda da inşaat texnikalarını görürəm. Bunun özü də göstəricidir. Əgər özgə torpağıdırsa, 5, 10, 20, 30 il qala bilər. Əgər sənin öz torpağındırsa, gecə-gündüz işləyə bilərsən. Bu gün aparılan tikinti işlərinin həcmi də bu torpaqların kimin üçün doğma, kimin üçün yad olduğunun bir göstəricisidir”.

 

“Kommersant” nəşrinin şərhçisi 10-15 il sonra Adama gələrkən burda başqa reallıqla qarşılaşacağına, böyük yaşayış məntəqələri görəcəyinə əmin olduğunu bildirib.

 

Habil Aslanoğlu

Ziya İsmayılov

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın