Rusiyalı generalın arvadını oğurladılar

Moskvada Rusiya müdafiə nazirinin keçmiş müavini, general Aleksandr Kolmakovun arvadı oğurlanıb.

Bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Məlumata görə, mayın 10-da işdən qayıdan Kolmakov arvadını evdə tapmayıb.

Gecə saatlarında generala zəng edən naməlum şəxs ona deyib ki, arvadı oğurlanıb, əgər 1 milyon rubl verməsə, onun üçün pis olacaq.

General polisə müraciət edib.

Müəllif | Apa.Tv
Apa.tv