Rusiyalı müşahidəçilər: “Parlament seçkiləri tam şəffaf və demokratik keçirilib”

“Azərbaycanda növbədənkənar parlament seçkiləri tam şəffaf və demokratik keçirilib”.

 

APA TV-nin məlumatına görə, bunu növbədənkənar parlament seçkilərini izləyən Rusiyadan olan müşahidəçilərin rəhbəri Liliya Qumerova deyib.

 

Onun sözlərinə görə, dünən müşahidə missiyası 3 dairə üzrə 11 məntəqəyə baş çəkib. 

 

Hər bir məntəqədə seçki prosesinin yüksək səviyyədə təşkil edildiyini deyən Liliya Qumerova neqativ hal qeydə alınmadığını və seçkilərin qanun çərçivəsində keçirildiyini bildirib.

 

Rusiyadan olan müşahidəçi seçkidə əsas məqamlardan birinin də namizədlərin böyük əksəriyyətinin gənclər olduğunu vurğulayıb.

 

Digər müşahidəçi Arkadi Çernitski də növbədənkənar seçkilərdə qeyri-ciddi qanun pozuntularının müşahidə olunmadığını qeyd edib. Onun sözlərinə görə, seçkiləri seçki komissiyaları nümayəndələrinin peşəkar iş təşkilatçılığının müsbət göstəricisi kimi qiymətləndirmək olar.

Müəllif | Apa.Tv
Apa.tv