Rus ordusunda şok: “Admiral Kuznetsov” yandı

Rusiyanın qırıcıdaşıyan gəmisi yanıb.


APA TV-nin “Reuters”ə istinadən məlumatına görə, Murmanskda təmirə dayanan “Admiral Kuznetsov”da baş verən yanğın zamanı 3 nəfər itkin düşüb, 12 nəfər xəsarət alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib, birinin vəziyyətinin ağır olduğu bildirilir.


Qeyd edək ki, “Admiral Kuznetsov” Rusiyanın aviadaşıyan kreyseridir.

 

Müəllif | Apa.Tv
Apa.tv