Rusiyanın Baş Naziri koronavirusa yoluxub

Rusiyanın Baş Naziri Mixail Mişustin yeni növ koronavirus infeksiyasına yoluxub.

APA TV xəbər verir ki, bunu Baş Nazirin özü təsdiqləyib.

"Bir az əvvəl məlum oldu ki, koronavirus üçün keçdiyim test müsbət nəticə verib", - deyə Mişustin Rusiya Prezidenti Vladimir Putinlə videobağlantı zamanı bildirib.

Müalicə olunduğu müddətdə Mixail Mişustini onun birinci müavini Andrey Belousov əvəz edəcək.

Müəllif | Apa.Tv
Apa.tv