Rusiyanın ən varlı iş adamı azərbaycanlıdır
Rusiyanın ən varlı iş adamlarının sərvəti açıqlanıb. "Bloomberg"in məlumatına görə, siyahıya azərbaycanlı milyarder Vahid Ələkbərov liderlik edir.
Agentlik "Bloomberg Milyarderlər İndeksi"nə istinadən xəbər verir ki, rusiyalı milyarderlərin sərvətin bu ilin əvvəlindən 13,17 milyard dollar artıb.
İlin əvvəlindən “Lukoyl”un təsisçisi Vahid Ələkbərov 3,17 milyard dollar qazanıb və onun sərvəti 18,5 milyard dollara yüksəlib, "Novatek"in rəhbəri Leonid Mixelsonun sərvəti isə 1,65 milyard dollar artaraq 26,3 milyard dollara çatıb. Hər iki rusiyalının nağd dəyəri dividendlər, insayder ticarəti, vergilər və bazar şərtlərinin təhlilinə əsaslanır. Üçücü yerdə olan Novolipetsk dəmir-polad zavodunun (NLMK) direktorlar şurasının sədri Vladimir Lisin bu il 1,17 milyard dollar qazanıb və sərvəti 21 milyard dollardır.
Milyarderin pul sərmayələri və şəxsi aktivlərinin dəyəri qismən yerli medianın məlumatlarına və onun mətbuat nümayəndələrinin təqdim etdiyi rəqəmlərə əsaslanır.