Rusiyanın Müdafiə naziri Sergey Şoyqu Azərbaycana gəlib

Rusiyanın Müdafiə naziri Sergey Şoyqu Azərbaycana işgüzar səfərə gəlib.

 

Rusiya Müdafiə Nazirliyindən APA TV-nin Moskva müxbirinə verilən məlumata görə, Sergey Şoyqunun səfərinin məqsədi "Ordu Oyunları-2020"-nin Dəniz kuboku" müsabiqəsinin açılış mərasimində iştirak etməkdir.

 

Həmçinin məlumatda Şoyqunun səfər çərçivəsində Azərbaycanın Müdafiə naziri Zakir Həsənovla görüşəcəyi və Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul olunacağı qeyd olunub.

 

Müəllif | Apa.Tv
Apa.tv