Rusiyanın Ukraynada istifadə etdiyi İran dronları haqqında ŞOK məlumat

Britaniyadakı tədqiqatçılar İran rejiminə pilotsuz təyyarə proqramında və döyüş təyyarələrində istifadə oluna biləcək mürəkkəb texnologiyanın yaradılmasında kömək ediblər.

Bu barədə ölkənin “Telegraph” saytı məlumat verib. Qeyd olunub ki, İran PUA-larının istehsalında ən azı 11 Britaniya universiteti iştirak edib və əsas tədqiqatlar Kembric Universiteti, London İmperial Kolleci, Qlazqo Universiteti, Krenfild Universiteti və Northumbria Universitetinin alimləri tərəfindən aparılıb. Böyük Britaniya hökumətinin sözçüsü isə hökumətin milli təhlükəsizliyə xələl gətirən əməkdaşlığı qəbul etmədiyini bildirib. Ölkənin xarici işlər nazirliyi məsələ ilə bağlı araşdırmaların aparıldığını bildirib.

Maraqlıdır ki, bundan əvvəl Britaniya hökuməti Ukraynada istifadə olunan kamikadze dronlarını Rusiyaya tədarük edən iranlılara qarşı yeni sanksiyalar tətbiq edib.

Müəllif | Apa.Tv
Apa.tv