Rusların bütün istiqamətlərdə hücumları dayandırıldı

“Ukrayna qoşunları rus ordusunun bütün istiqamətlərdə hücumunu dayandırır”.

Bunu Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanı, general-polkovnik Aleksandr Sırski bildirib.

"Müdafiəçilərimiz düşmən ordusunun bütün istiqamətlərdə fəaliyyətini dayandırmaqda davam edir. Bu yaz günlərində biz hər gün mühüm vaxt qazanırıq və düşmənin əlverişli mövqeləri zəbt etməsinə imkan vermirik", - o vurğulayıb.

Komandir bildirib ki, Ukrayna hərbçiləri işğalçı gücləri effektiv şəkildə vura biləcəklərini növbəti dəfə nümayiş etdiriblər.

Müəllif | Apa.Tv
Apa.tv