Rusların onlarla hərbçisi öldürüldü, şəhər geri alındı / Rusiya-Ukrayna savaşı

Ukrayna Silahlı Qüvvələri Qostomel şəhərini (Kiyev vilayəti) Rusiya hərbçilərindən geri alıb.

 

APA TV xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.

 

Qeyd edilir ki, döyüşlər zamanı Rusiyanın onlarla hərbçisi öldürülüb.

 

Məlumata görə, Qostomel uğrunda iki gün davam edən döyüşlər zamanı Ulyanovskdan (Rusiya) 31-ci xüsusi mühafizəçilər briqadasının 50-dən çox hərbçisi həlak olub. Bundan əlavə, Ukrayna hərbçiləri çoxsaylı hərbi qənimətlər, o cümlədən silah, texnika və qarşı tərəfin şəxsi sənədlərini ələ keçirib.

 

"Qostomel şəhəri Ukrayna qoşunlarının nəzarəti altındadır", - Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi əlavə edib.

Müəllif | Apa.Tv
Apa.tv