Rüşvət almaqda şübhəli bilinən dekan saxlanıldı – APA TV

Gəncədə vəzifəli şəxs hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. APA-nın yerli bürosunun məlumatına görə, tutulan şəxs Azərbaycan Dövlət Aqrar Universitetinin baytarlıq təbabəti və zoomühəndislik fakültəsinin dekanı, professor Nəsibov Famil Nəsir oğludur. Onun barəsində rüşvət alma əməlinə görə şübhələr olduğu bildirilsə də, kimdən, harada və nə qədər pul və ya başqa formada rüşvət aldığı açıqlanmır.

Müəllif | Apa.Tv
Apa.tv