Saakaşviliyə həbsdə görün nə qədər pul xərclənirmiş

Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin sosial şəbəkələrdə yayılan görüntüləri həm ölkə daxilində, həm də xaricdə ciddi müzakirələrə səbəb olub.

Görüntülərdən sonra ədliyyə naziri Rati Breqadze jurnalistlərə bildirib ki, dövlət bir il ərzində Mixail Saakaşviliyə təxminən 200 min lari, yəni 128 min manat xərcləyir. Onun sözlərinə görə, bu məbləğ digər məhbusların hər birinə xərclənəndən 12 dəfə çoxdur: “Gürcüstanda məhkumun saxlanması tamamilə dövlətin üzərinə düşür, dövlət büdcəsindən yalnız məhbusun həbsdə saxlanılması maliyyələşdirilmir, həm də onun müalicəsi xəstəliyin müddəti və ağırlığından asılı olmayaraq tam ödənilir”.

Nazir bildirib ki, bir məhbusun saxlanmasına təxminən 11 163 manat xərclənir.

Qeyd edək ki, Saakaşvili 1 oktyabr 2021-ci ildən həbsdədir. O, bu müddət ərzində cəmi 170 gün həbsxanada yatıb. Gürcüstanın eks-prezidenti aclıq aksiyasına və onun nəticələrinə görə bütün vaxtını müxtəlif klinikalarda keçirib. Sonuncu dəfə 12 may 2022-ci ildə xəstəxanaya yerləşdirilib və bu günə qədər oradadır.

Müəllif | Apa.Tv
Apa.tv