Saatlı sakini kanalda boğuldu

 

Saatlı sakini kanalda batıb.

APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə rayonun Əhmədbəyli kəndində qeydə alınıb.

 

Kənd sakini - 1977-ci il təvəllüdlü Bahadur Nüsrət oğlu Behbudov yaşadığı evin yaxınlığındakı su kanalına düşərək boğulub.

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv