Saatlı sakini qonşusunu yol üstündə qətlə yetirdi
Saatlı sakini qonşusunu qətlə yetirib
APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə rayonun Qaranuru kəndində baş verib.
Belə ki, kənd ərazisində yerləşən yeməkxananın qarşısında 3 gün əvvəl 1989-cu il təvəllüdlü Fariz Əliyevlə qonşusu, 1965–ci il təvəllüdlü Paşa Qardaşov arasında mübahisə düşüb. Qonşular arasında yol üstündə yaranan münaqişə bu gün bıçaqlanma ilə nəticələnib.
Fariz Əliyevlə qonşusu, 1965–ci il təvəllüdlü Paşa Qardaşovu ürək nahiyəsindən bıçaqlayıb. Yaralı vəziyyətdə xəstəxanaya aparılan 55 yaşlı kişi yolda keçinib. Hadisəni törədən şəxs polis tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.