Saatlıda iki maşın toqquşdu - 1 ÖLÜ, 3 YARALI

Saatlıda baş verən qəzada sürücü ölüb, 3 nəfər xəsarət alıb.

 

APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə səhər saatlarında Hacıqabul-Horadiz magistralının Saatlı rayonunun Qaranuru kəndindən keçən hissəsində qeydə alınıb.

 

“Mitsubishi” və “VAZ-2107” markalı avtomobil toqquşub. Nəticədə “VAZ-2107” markalı avtomobilin sürücüsü Saatlı rayon sakini, 1956-cı il təvəllüdlü Nizami Kamran oğlu Cəfərov, sərnişinləri - 1958-ci il təvəllüdlü Əbülfət Ərəstun oğlu Səmədov, 1979-cu il təvəllüdlü Feyruz Əziz oğlu Minbaşıyev və 1977-ci il təvəllüdlü  Elşad Yunsur oğlu Teymurov Şirvan şəhər xəstəxanasına yerləşdiriliblər. Həkimlərin səylərinə baxmayaraq, N.Cəfərov aldığı xəsarətlərdən keçinib.

 

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv