Saatlıda iki yol qəzası - 11 AYLIQ KÖRPƏ DÜNYASINI DƏYİŞDİ
Saatlıda iki nəfərin ölümü ilə nəticələnən iki yol qəzası baş verib.
APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, ilk hadisə zamanı Əkrəm Muradov “Daewoo” markalı avtomobillə 1945-ci il təvəllüdlü Həqiqət Həsənovanı vurub.
Ağır kəllə-beyin travması alan yaralı əvvəlcə Saatlı rayon xəstəxanasına çatdırılıb, daha sonra Şirvan Diaqnostika Mərkəzinə aparılarkən yolda dünyasını dəyişib.
Digər hadisə Saatlı Olimpiya Kompleksinin yaxınlığında baş verib. Ceyhun Şəmmədovun idarə etdiyi “Mitsubishi” markalı avtomobil “QAZ-24” markalı maşına çırpılıb. Nəticədə “Mitsubishi” markalı avtomobildə olan sürücünün 11 aylıq oğlu Uğur Şəmmədov hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.