Saatlıda oğul anasını ehtiyatsızlıqdan güllələdi
Saatlı rayonunda oğul anasını güllələyərək öldürüb.
APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə rayonun Kamallı kəndində qeydə alınıb.
Kənd sakini, 1991-ci il təvəllüdlü Raciv Zabil oğlu Qənbərov ehtiyatsızlıqdan anası, 1966-cı il təvəllüdlü Tavuz Fərman qızı Qənbərovanı ov tüfəngindən açdığı atəşlə güllələyib. Qadın aldığı güllə yarasından hadisə yerində həyatını itirib. 54 yaşlı qadının meyiti Sabirabad morqunda müayinə olunduqdan sonra yaxınlarına təhvil verilib.
Hadisənin təfərrüatları hüquq-mühafizə orqanları tərəfindən dəqiqləşdirilir. Bildirilir ki, R.Qənbərov çaqqala güllə atmaq istəyib, bu zaman ehtiyatsızlıqdan yaxınlıqda olan anası gülləyə tuş gəlib.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.