Saatlıda qardaşına 10 manata narkotik satdı – POLİS YAXALADI

Saatlıda öz qardaşına narkotik satan şəxs saxlanılıb.

APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər məhkum edilən Adəm Zeynalov öz qardaşına 10 manat müqabilində heroin satarkən tutulub.

Şəxsi axtarış zamanı onun üzərindən 1 büküm heroin aşkar edilərək götürülüb.

Davam etdirilən tədbirlərlə Adəm Zeynalovun yaşadığı ünvana baxış keçirilib və bu zaman oradan polietilen torbada təmiz çəkisi 3 kiloqram 570 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb. Dindirilmə zamanı o, törətdiyi cinayət əməlini etiraf edib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Müəllif | Apa.Tv
Apa.tv