Saatlıda qatar avtomobili vurub, xəsarət alanlar var
Saatlı rayonunda qatar avtomobili vurub.
APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə Saatlının Sarıcalar kəndində qeydə alınıb.
Soltanabad kənd sakini, 1994-cü il təvəllüdlü Əlizahid Adıgözəl oğlu İbrahimovun idarə etdiyi "VAZ 2106" markalı avtomobil dəmir yolu xəttini keçən zaman onu qatar vurub. Nəticədə sürücü və avtomibildə olan sərnişinlər - Soltanabad kənd sakinləri, 1994-cü il təvəllüdlü İmanverdi Rza oğlu Rzayev, 1996-cı il təvəllüdlü Ceyhun Rza oğlu Rzayev müxtəlif dərəcəli xəsarətlərlə Şirvan şəhər xəstəxanasına çatdırılıb. Sonuncu kəllə-beyin travması ilə ağır vəziyyətdə Reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı xətt polisi tərəfindən araşdırma aparılır.