Sabah 22 dərəcə isti olacaq – HAVA PROQNOZU

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. 

 

Milli Hidrometeorologiya Xidmətindən APA TV-yə verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi arabir güclənəcək. 

 

Havanın temperaturu Abşeronda gecə 10-14, gündüz 19-23, Bakıda  gecə 12-14, gündüz  20-22 dərəcə isti olacaq.

 

Atmosfer  təzyiqi 763 mm civə sütunundan 758  mm civə sütununa enəcək. Nisbi rütubət  gecə 70-80 %, gündüz 40-45 % olacaq.  

 

Tibbi-meteoroloji proqnoza görə, sabah Abşeron yarımadasında mülayim gilavar küləyinin arabir güclənəcəyi gözlənilir ki, bu da əksər meteohəssas insanlarda narahatlıq hissi yarada bilər . 

 

Rayonlarda da hava əsasən yağmursuz olacaq, lakin axşama doğru bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

 

Havanın temperaturu gecə 7-12, gündüz 23-28, dağlarda gecə 3-8, gündüz 10-15 dərəcə isti olacaq. 

 

Müəllif | Apa.Tv
Apa.tv