Sabah 25 dərəcə isti olacaq – HAVA PROQNOZU

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. 

 

ETSN Milli Hidrometeorologiya Xidmətindən APA TV-yə bildirilib ki, gecə və səhər saatlarında duman olacaq. Mülayim cənub-qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu  Abşeronda gecə 15-17, gündüz  21-26, Bakıda gecə 15-17, gündüz 23-25 dərəcə isti olacaq.

 

Atmosfer  təzyiqi 757 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz  40-45 % olacaq.  

 

Tibbi-meteoroloji proqnoza görə, sabah Abşeron yarımadasında mülayim xəzri küləyinin üstünlüyü gözlənilir ki, bu da əksər  meteohəssas insanlar üçün əsasən, əlverişlidir. 

 

Rayonlarda da hava əsasən, yağmursuz keçəcək, lakin axşam bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

 

Havanın temperaturu gecə 12-17, gündüz  26-31, dağlarda gecə 5-10, gündüz 14-19 dərəcə isti olacaq.

 

Müəllif | Apa.Tv
Apa.tv