Sabah 34 dərəcə isti olacaq – HAVA PROQNOZU

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı,

əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq.

 

Milli Hidrometeorologiya Xidmətindən APA TV-yə bildirilib ki, mülayim cənub-qərb küləyi gündüz arabir güclənəcək.

 

Havanın temperaturu  gecə 15-18, gündüz  23-27, Bakıda  gecə 16-18, gündüz  25-27dərəcə isti olacaq.

 

Atmosfer  təzyiqi 761 mm civə sütunundan 756 mm civə sütununa enəcək. Nisbi rütubət  70-75 %, gündüz 40-45% olacaq.   

 

Rayonlarda da hava əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

 

Havanın temperaturu gecə 13-17, gündüz  30-34, dağlarda gecə 6-11, gündüz 17-22 dərəcə isti olacaq. 

 

Tibbi-meteoroloji proqnoza görə, sabah Abşeron yarımadasında arabir güclənən gilavar küləyinin əsəcəyi gözlənilir ki,  bu da bəzi meteohəssas insanlarda narahtlıq hissi yarada bilər.

Müəllif | Apa.Tv
Apa.tv