Sabah 40 dərəcə isti olacaq – HAVA PROQNOZU

Sabah Bakıda və Abşeron yarımadasında havanın günəşli olacağı gözlənilir. Cənub-şərq küləyi  əsəcək.

 

Milli Hidrometeorologiya Xidmətindən APA TV-yə verilən məlumata görə, havanın temperaturu  Abşeron yarımadasında gecə 19-23, gündüz  34-38, Bakıda gecə 21-23, gündüz 35-37 dərəcə isti olacaq.

 

Atmosfer  təzyiqi normadan aşağı 754  mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 25-35 faiz təşkil edəcək.   

 

Rayonlarda hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gündüz  bəzi şimal və qərb rayonlarında  şimşək çaxacağı, lokal leysan xarakterli yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Səhər  dağlarda duman olacaq, şərq küləyi əsəcək. 

 

Havanın temperaturu gecə 19-24, gündüz 35-40, dağlarda gecə 11-16, gündüz 20-25 dərəcə  isti olacaq. 

 

Tibbi-meteoroloji proqnoza görə, iyunun 12-də Abşeron yarımadasında  zəif küləklərin üstünlüyü, bəzi saatlarda durğun hava şəraiti və gündüz isti temperatur diskomfortu gözlənilir ki, bu da  meteohəssas insanlar üçün əlverişsizdir.

 

Müəllif | Apa.Tv
Apa.tv