Sabah Bakıda 300-ə yaxın əsas küçə və prospekt dezinfeksiya olunacaq
Sabah səhər saatlarından etibarən şəhər mərkəzi və qəsəbələrdəki 300-ə yaxın əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq.
Bu barədə APA TV-yə Bakı Şəhər İcra hakimiyyətindən bildirilib.
Bununla əlaqədar maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə sabah küçəyə çıxmamaq xahiş olunur.