Sabah Bakıda və rayonlarda yağış yağacaq – HAVA PROQNOZU

Aprelin 23-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən APA TV-yə verilən məlumata görə, bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək.

 

Havanın temperaturu gecə 7-9° isti, gündüz 10-13° isti olacaq. Bakıda gecə 7-9° isti, gündüz 11-13° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək. Nisbi rütubət 75-85 % olacaq. 

 

Azərbaycanın rayonlarında - bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

 

Havanın temperaturu gecə 6-9° isti, gündüz 12-16° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 0-5° isti olacaq.

 

Müəllif | Apa.Tv
Apa.tv