Sabah bəzi ərazilərə leysan yağacaq, dolu düşəcək

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

ETSN Milli Hidrometeorologiya Xidmətindən APA TV-yə verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı,  gecəyə doğru isə yağış yağacağı gözlənilir. Şimşək çaxacağı ehtimalı var. Cənub-şərq küləyi əsəcək.

 

Havanın temperaturu Abşeronda gecə 16-19, gündüz  21-26, Bakıda gecə 17-19, gündüz 24-26 dərəcə isti olacaq.

 

Atmosfer  təzyiqi normadan aşağı 756 mm civə sütunundan 752 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz  40-45 % olacaq. 

 

Tibbi-meteoroloji proqnoza görə, Abşeron yarımadasında mülayim xəzri küləyinin üstünlüyü gözlənilir ki, bu da əksər  meteohəssas insanlar üçün əsasən, əlverişlidir.

 

Rayonlarda isə bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dağətəyi rayonlarda dolu düşəcəyi ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

 

Havanın temperaturu gecə 14-18, gündüz 23-28, dağlarda gecə 3-8, gündüz 11-16 dərəcə isti olacaq.

 

Müəllif | Apa.Tv
Apa.tv