Sabah bəzi rayonlara yağış, dağlıq ərazilərə qar yağacaq – HAVA PROQNOZU

Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA TV-yə verilən məlumata görə, mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 4-6, gündüz  8-11, Bakıda  gecə 4-6, gündüz  9-11 dərəcə isti olacaq.

 

Rayonlarda da havanın əsasən yağmursuz keçəcəyi, lakin səhər və axşam bəzi cənub rayonlarında yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir.

 

Cənub-qərb küləyi ayrı-ayrı yerlərdə arabir 18-23 m/s-dək güclənəcək.

 

Havanın temperaturu  gecə  0-5, gündüz  9-14 dərəcə  isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz  1-6 dərəcə isti olacaq. 

 

Müəllif | Apa.Tv
Apa.tv