Sabah bəzi yerlərə yağış yağacaq - HAVA PROQNOZU

Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, lakin gecə bəzi yerlərdə yağış yağacağı gözlənilir.

 

Milli Hidrometeorologiya Xidmətindən APA TV-yə verilən məlumat əsasən, arabir güclənən şimal-qərb küləyi səhər mülayim cənub küləyi ilə əvəz olunacaq.

 

Havanın temperaturu Abşeron yarımadasında gecə 7-9, gündüz  13-16, Bakıda gecə 7-9, gündüz 14-16 dərəcə isti təşkil edəcək.

 

Atmosfer təzyiqi 764 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz olacaq. 

 

Rayonlarda arabir yağış, dağlıq ərazilərdə qar yağacağı, gündüz əksər rayonlarda havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

 

Havanın temperaturu gecə 5-10, gündüz 18-23, dağlarda gecə 1-6, gündüz 8-13 dərəcə isti olacaq.

 

Sabah Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

 

Müəllif | Apa.Tv
Apa.tv