Sabah bir qrup azərbaycanlı təxliyə ediləcək

Odessada yaşayan bir qrup azərbaycanlının sabah təxliyə ediləcəyi gözlənilir.

 

Bu barədə APA-ya Odessa Azərbaycanlılarının Diasporu “Birlik” İctimai Təşkilatının sədri Rövşən Quliyev məlumat verib.

 

Onun sözlərinə görə, sabah Odessadan 200-ə yaxın azərbaycanlının təxliyəsi nəzərdə tutulur: “Bunun üçün 2 avtobus ayrılıb. Daha iki avtobusun ayrılması üçün də çalışırıq. Hazırda nəqliyyat vasitəsi tapmaq çox çətindir”.

 

Rövşən Quliyev qeyd edib ki, təxliyə üçün 300-ə yaxın azərbaycanlı müraciət edib.

 

O diqqətə çatdırıb ki, təxliyə olunacaq azərbaycanlılar Moldova sərhədinə çatdırılacaq.

 

Müəllif | Apa.Tv
Apa.tv