Sabah cənub-qərb küləyi əsəcək - PROQNOZ

Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

Milli Hidrometeorologiya Xidmətindən APA TV-yə verilən məlumata görə, mülayim cənub-qərb küləyi əsəcək. 

 

Havanın temperaturu Abşeron yarımadasında gecə 0 dərəcəyə yaxın, bəzi yerlərdə 1 dərəcəyədək şaxta, gündüz 4-7 dərəcə isti, Bakıda gecə 0 dərəcəyə yaxın, gündüz 4-7 dərəcə isti olacaq.

 

Atmosfer təzyiqi normadan yüksək 773 mm civə sütunundan 769 mm civə sütununa enəcək, nisbi rütubət  gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək.  

 

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq, qərb küləyi əsəcək. 

 

Havanın temperaturu gecə 1-6 dərəcə şaxta, gündüz 7-11 dərəcə isti, dağlarda gecə 5-10, yüksək dağlıq ərazilərdə 12-16, gündüz 0-5 dərəcə şaxta olacaq. 

 

Tibbi-meteoroloji proqnoz

 

Fevralın 26-27-də Abşeron yarımadasında meteoroloji  amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir. 

Müəllif | Apa.Tv
Apa.tv