Sabah dolu düşəcək, qar yağacaq – HAVA PROQNOZU

Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq, arabir güclənən şimal-qərb küləyi əsəcək. 

 

Milli Hidrometeorologiya Xidmətindən APA TV-yə bildirilib ki, havanın temperaturu  Abşeron yarımadasında gecə 8-11, gündüz  14-17, Bakıda gecə 8-10, gündüz  14-16 dərəcə isti olacaq.

 

Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 40-45 faiz təşkil edəcək.  

 

Rayonlarda isə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, qərb rayonlarında dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Gecə və səhər duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

 

Havanın temperaturu  gecə 6-11, gündüz 18-23, dağlarda gecə 0-5, gündüz 5-8 dərəcə isti olacaq.

 

Müəllif | Apa.Tv
Apa.tv