Sabah gecə və səhər bəzi yerlərdə yağış yağacaq - PROQNOZ

Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Xidmətindən APA TV-yə verilən məlumata görə, mülayim şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 14-16, gündüz  21-24, Bakıda gecə 14-16, gündüz 21-23 dərəcə isti olacaq.

 

Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunundan 769 mm civə sütununa yüksələcək, nisbi rütubət 60-70 faiz olacaq. 

 

Rayonlarda da bəzi yerlərdə şimşək çaxacağı, arabir  yağış yağacağı,  ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı,  yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Şərq küləyi əsəcək, arabir güclənəcək.

 

Havanın temperaturu gecə 13-17, gündüz 18-23, dağlarda gecə 2-6, gündüz  8-11 dərəcə  isti olacaq.

 

Müəllif | Apa.Tv
Apa.tv