Sabah hava necə olacaq? - PROQNOZ AÇIQLANDI

Noyabrın 23-də gözlənilən hava şəraiti açıqlanıb.

 

Milli Hidrometeorologiya Xidmətindən APA TV-yə verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

Gecə və səhər bəzi yerlərdə duman olacaq. Gün ərzində arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu Bakıda gecə 10-14, gündüz 15-17° isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunundan 764-ə yüksələcək. Nisbi rütubət isə 60-70 % təşkil edəcək.

 

Azərbaycanın rayonlarında əsasən yağmursuz keçəcək, gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

 

Havanın temperaturu gecə 7-11, gündüz 16-21, dağlarda gecə 3-8, gündüz 9-14° isti olacaq.

 

Müəllif | Apa.Tv
Apa.tv