Sabah Bakı küçələrində dezinfeksiya işləri aparılacaq - SAKİNLƏRƏ XƏBƏRDARLIQ

Sabah hərəkətin intensivliyinə və sıxlığına uyğun olaraq mütəxəssislərin tövsiyələri əsasında seçilən, şəhər əhəmiyyətli 150-dən artıq əsas küçə və prospektlərdə xüsusi kimyəvi maddələrlə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq.

Bu barədə APA TV-yə paytaxtın kommunal strukturlarından məlumat verilib.

Bununla əlaqədar sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixdə küçəyə çıxmamaq xahiş olunur.

Müəllif | Apa.Tv
Apa.tv