Sabah payızın ilk günüdür
Azərbaycan ərazisinə payız fəsli sentyabrın 23-də, saat 11:50-də gəlir.
APA TV-nin məlumatına Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından bu barədə açıqlama verilib.
Sentyabrın 23-ü gecə və gündüz bərabərliyi hadisəsi yaşanacaq. Bu tarixdən başlayaraq gecələr uzanacaq, gündüzlər isə qısalacaq.
Dekabrın 22-də 08:19 dəqiqədə isə Azərbaycana qış fəsli qədəm qoyacaq.