Sabah qar yağacağı ehtimalı var - PROQNOZU

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

Milli Hidrometeorologiya Xidmətindən APA TV-yə verilən məlumata görə,

mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 0-3° isti, gündüz 6-9° isti olacaq. Bakıda gecə 1-3° isti, gündüz 7-9° isti olacaq.

 

Atmosfer təzyiqi 766 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-70 % olacaq.

 

Tibbi-meteoroloji proqnoza görə, yanvarın 29-da Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

 

Rayonlarda hava əsasən yağmursuz, lakin gecə bəzi yerlərdə yağıntılı olacağı, qar yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

 

Havanın temperaturu gecə 0-5° şaxta, gündüz 7-12° isti, dağlarda gecə 5-10° şaxta, yüksək dağlıq ərazilərdə 18°-dək şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacaq.

 

Müəllif | Apa.Tv
Apa.tv