Sabah qar yağacaq, yollar buz bağlayacaq – HAVA PROQNOZU
Sabah Bakıda və Abşeron yarımadasında fasilələrlə qar yağacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən APA TV-yə verilən xəbərə görə, güclü şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 1-4 dərəcə şaxta, gündüz 1-3 dərəcə isti, Bakıda isə gecə 2-4 dərəcə şaxta, gündüz 1-3 dərəcə isti olacaq.
Yolların buz bağlama ehtimalı var.
Rayonlarda arabir qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Gündüz əksər rayonlarda əsasən yağmursuz, ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 0-5 dərəcə şaxta, gündüz 1-6 dərəcə isti, dağlarda gecə 10-15 dərəcə, gündüz 3-8 dərəcə şaxta olacaq. Yolların buz bağlama ehtimalı var.