Sabah sulu qar, qar yağacaq - HAVA PROQNOZU

 

Sabah Bakıda və Abşeron yarımadasında arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA TV-yə verilən xəbərə görə, güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə və gündüz 0-3 dərəcə isti, axşam 1 dərəcə şaxta, Bakıda gecə və gündüz 0-2 dərəcə isti, axşam 1 dərəcə şaxta olacaq. Rayonlarda isə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Bəzi yerlərdə güclü Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 0-5 dərəcə şaxta, gündüz 1-5 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə, gündüz 0-5 dərəcə şaxta olacaq. Yolların buz bağlama ehtimalı var.

Müəllif | Apa.Tv
Apa.tv