Sabah yağış yağacaq – HAVA PROQNOZU

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

ETSN Milli Hidrometeorologiya Xidmətindən APA TV-yə bildirilib ki, gecəyə doğru  bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Səhər saatlarında duman olacaq, mülayim cənub küləyi əsəcək.

 

Havanın temperaturu Abşeronda gecə 10-13, gündüz  18-22, Bakıda gecə 11-13, gündüz  19-21 dərəcə isti olacaq.

 

Atmosfer  təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz  40-45 % olacaq.  

 

Sabah Bakıda və Abşeron yarımadasında temperaturun iqlim norması daxilində olacağı gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir. 

 

Rayonlarda isə bəzi yerlərdə şimşək çaxacağı, arabir  yağış yağacağı gözlənilir.  Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər saatlarında duman olacq, şərq küləyi əsəcək

 

Havanın temperaturu gecə 8-13, gündüz  20-25, dağlarda gecə 3-8, gündüz  10-15 dərəcə isti olacaq. 

 

Müəllif | Apa.Tv
Apa.tv