Sabah yağış yağacaq – HAVA PROQNOZU

Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində bəzi yerlərdə yağış yağacağı gözlənilir.

 

Milli Hidrometeorologiya Xidmətindən APA TV-yə verilən məlumata görə, cənub-qərb küləyi axşam mülayim şimal küləyi ilə əvəz olunacaq.

 

Havanın temperaturu Abşeron yarımadasında gecə 22-25,  gündüz 29-33, Bakıda  gecə 23-25, gündüz  31-33 dərəcə isti olacaq. 

 

Atmosfer  təzyiqi normadan aşağı 751 mm civə sütunundan 755 mm civə sütunua yüksələcək, nisbi rütubət 70-80 faiz təşkil edəcək. 

 

Abşeron çimərliklərində arabir güclənən şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 23-24, Türkan, Hövsan, Sahil, Şıxda isə 24-25 dərəcə isti təşkil edəcək.

 

İyulun 14-də Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 20-25, gündüz 32-37, dağlarda gecə 11-16, gündüz  19-24 dərəcə isti olacaq.

 

İyulun 14-də Abşeron yarımadasında iqlim normasına yaxın temperatur rejimi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən  əlverişlidir.

 

Müəllif | Apa.Tv
Apa.tv