Sabah yağış yağacaq – HAVA PROQNOZU

Noyabrın 10-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı,  səhər və axşam  bəzi yerlərdə yağış yağacağı, zəif  duman olacağı ehtimalı var.

 

Milli Hidrometeorologiya Xidmətindən APA TV-yə bildirilib ki, şimal küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.

 

Havanın temperaturu Abşeron yarımadasında gecə 7-9, gündüz 15-17, Bakıda gecə 7-9, gündüz 15-17 dərəcə isti olacaq. Atmosfer təzyiqi 768 mm civə sütunundan 764 mm civə sütununa enəcək, nisbi rütubət 70-80 faiz olacaq. 

 

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə yağış, duman olacağı, dağlıq ərazilərdə qar yağacağı  gözlənilir. Şərq küləyi əsəcək.  Havanın temperaturu  gecə 5-10,  gündüz 15-18, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz  7-12 dərəcə  isti olacaq.  

 

Noyabrın 10-da Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Müəllif | Apa.Tv
Apa.tv