Sabah yağış yağacaq - PROQNOZ

Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə yağış yağacağı, günün ikinci yarısında əsasən yağmursuz keçəcəyi gözlənilir. 

 

Milli Hidrometeorologiya Xidmətindən APA TV-yə verilən xəbərə görə, mülayim şimal-qərb küləyi əsəcək. 

 

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 13-15, gündüz  17-19 dərəcə isti olacaq.

 

Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunundan 772 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 80-90, gündüz 60-70 faiz təşkil edəcək. 

 

Rayonlarda da arabir yağış yağacağı, gecə və səhər bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, duman olacağı ehtimalı var. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

 

Havanın temperaturu  gecə 12-16, gündüz 18-23, dağlarda gecə 3-8, gündüz  12-17 dərəcə  isti olacaq.   

 

Müəllif | Apa.Tv
Apa.tv