Sabaha gözlənilən hava şəraiti açıqlanıb

Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq, mülayim cənub-qərb küləyi gündüz güclü şimal-qərb küləyi ilə əvəz olunacaq.

 

Milli Hidrometeorologiya Xidmətindən APA TV-yə verilən xəbərə görə, havanın temperaturu Abşeron yarımadasında gecə 17-21, gündüz  24-27, Bakıda gecə 18-20, gündüz  24-26 dərəcə isti olacaq.

 

Atmosfer təzyiqi 753 mm civə sütunundan 759 mm civə sütununa  yüksələcək, nisbi rütubət gecə 65-75, gündüz  45-55 faiz təşkil edəcək. 

 

Rayonlarda əsasən  dağlıq və dağətəyi ərazilərdə şimşək çaxacağı,  yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Səhər  bəzi yerlərdə duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. 

 

Havanın temperaturu  gecə 16-21, gündüz 31-36, dağlarda gecə  9-14, gündüz 18-23 dərəcə isti olacaq.

 

Tibbi-meteoroloji proqnoza görə sabah gündüzdən 31-i axşamadək  Abşeron yarımadasında güclü xəzri küləyinin əsəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişsizdir.

 

Müəllif | Apa.Tv
Apa.tv